İmtahan Mərkəzi ali məktəblərə keçid ballarını açıqlayıb
Tarix: 14-03-2019 19:19 | Bölmə: Xəbərlər
İmtahan Mərkəzi ali məktəblərə keçid ballarını açıqlayıb

Bu ildən ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə keçiriləcək. İmtahanın ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) olacaq. Abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər. İkinci mərhələ üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də verə bilər.

Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Reyting.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi (DİM) qarşıdakı ali məktəb imtahanlarına dair bəzi məlumatlara aydınlıq gətirib.

Ali məktəblərə qəbul zamanı xarici dil tələblərinə toxunan DİM bildirib ki, Azərbaycan Dillər Universitetində təhsil almaq istəyən abituriyentlərin imtahan verəcəyi xarici dil seçiminə müəyyən məhdudiyyətlər qoyulur.

Məsələn, Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

Milli Aviasiya Akademiyasının I qrup ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

Lənkəran Dövlət Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” və “Tərcümə (ingilis dili üzrə)” ixtisaslarını qəbul imtahanında xarici dil kimi ingilis dilindən imtahan vermiş abituriyentlər seçə bilərlər.

DİM bəyan edir ki, qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır.

Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyent birinci mərhələ üzrə imtahan vermir və onun buraxılış imtahanında əldə etdiyi nəticəsi qəbul imtahanının birinci mərhələsinin nəticəsi kimi götürülür.

Builki ixtisas qrupları üzrə keçid balları da açıqlanıb.

Keçid balları qruplar üzrə belə müəyyənləşdirilib:

I ixtisas qrupu üzrə:

- Müsabiqəyə ümumi balı 200-dən, 100-dən az olmayan abituriyentlər buraxılır;

II ixtisas qrupu üzrə:

- Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

III ixtisas qrupu üzrə:

- Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

IV ixtisas qrupu üzrə:

- Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır”.

İmtahanın birinci mərhələsi üzrə minimum bal məhdudiyyəti yoxdur.





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}