Milli qəhrəmanların evlə təmin olunması təklif edildi
Tarix: 15-03-2019 14:05 | Bölmə: Xəbərlər
Milli qəhrəmanların evlə təmin olunması təklif edildi

Milli Məclisin martın 15-də keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli milli qəhrəmanların evlə təmin olunmasını təklif edib.

Reyting.az xəbər verir ki, onun sözlərinə görə, bu gün ölkədə milli qəhrəmanların ictimai birliyi fəaliyyət göstərir və onlar ölkə başçısına milli qəhrəmanlarla bağlı ayrıca qanunun hazırlanması təklifi ilə müraciət ediblər.

“Bu gün Azərbaycanda sağ olan və yaşayan çox az sayda milli qəhrəmanlar var, evlə təmin olunmayıb. Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu nəzərə alıb, yaxın gələcəkdə onları evlə təmin etsə, yaxşı olardı”, - komitə sədr vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}