Nazirliyin keçmiş aparat rəhbəri azadlığa buraxıldı
Tarix: 15-03-2019 15:06 | Bölmə: Xəbərlər
Nazirliyin keçmiş aparat rəhbəri azadlığa buraxıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov azadlığa buraxılıb.

Reyting.az bildirir ki, Sabunçu rayon Məhkəməsində verilən qərara əsasən, Vidadi Zeynalovun cəzası beşdə dördlə hesablanıb və azadlığa buraxılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) aparatının keçmiş rəhbəri Vidadi Zeynalov 2015-ci ilin noyabr ayında həbs edilib və əmlakına həbs qoyulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il azadlıqdan məhrum edilmişdi.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Vidadi Zeynalovun cəzası 4 ilə endirilib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}