23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Deputat Təhsil Nazirliyini tənqid etdi - Səbəb
Tarix: 15-03-2019 16:41 | Bölmə: Xəbərlər
Deputat Təhsil Nazirliyini tənqid etdi

Tələbə xaricdə təhsil alıbsa, gəlib onu bir məmur imtahan etməməlidir. Təhsil Nazirliyi elektron qaydada müraciətlə bu məsələni həll edə bilər.

Reyting.az xəbər verir ki, bunu Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, deputat Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, xaricdə təhsil alanların diplomlarının tanınması məsələsi ilə bağlı çox söz-söhbət gəzir: “Ona görə də Təhsil Nazirliyi xaricdə təhsil alanı çağırmaqla yox, həmin xarici ölkəyə elektron qaydada sorğu göndərməklə həmin şəxsin sərhədi keçib-keçmədiyini, təhsil alıb-almadığını müəyyənləşdirə bilər”.

Musa Qasımlı Dissertasiya şuraları ilə bağlı məsələyə də toxunub: “İnstitutlarda, elmi müəssisələrdə Elmi və Müdafiə şuralarına güc-bəla ilə müdafiə edənləri gətirib həmsədr qoyurlar. Elm və Müdafiə Şuralarının həmsədrlərində dəyişiklik edilməlidir”.

Onun fikrincə, heç bir məqaləsi çıxmayan şəxslər Elmi və Müdafiə şuralarında həmsədr kimi fəaliyyət göstərirlər: “Bu, Azərbaycan elmi üçün ayıbdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}