16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bu gün İlaxır çərşənbə qeyd olunur
Tarix: 19-03-2019 10:28 | Bölmə: Xəbərlər
Bu gün İlaxır çərşənbə qeyd olunur

Bu gün Azərbaycanda İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunur.

Digər çərşənbələrdən fərqli olaraq, xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.

İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqal üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur.

Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır. Çərşənbə tonqalını söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axır çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər.

Axır çərşənbə gecəsi hər kəs ürəyində niyyət tutub yatılmalıdır.

Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

Axır çərşənbəyə aid bəzi el adətləri: "Axır çərşənbədə çimərlər", "Axır çərşənbədə evdən pul verməzlər", "Axır çərşənbə günü borc un verməzlər", "Axır çərşənbə günü zahı üstünə getməzlər", "Axır çərşənbə gecəsi tez yatmazlar", "Axır çərşənbə gecəsi evdə qazan asarlar", "Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar" və s.

İlaxır çərşənbəyə dair inanclar: "Çərşənbə günü təzə evə köçən bəlaya düşər", "Axır çərşənbə axşamı küsülülər barışar", "Axır çərşənbə gecəsində nəhs danışmaq olmaz", "Axır çərşənbə gecəsi ərə verilən qızı tonqalın başına dolandırar və deyərlər: "Odlu-ocaqlı olsun!".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}