23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
ABŞ 400-dən çox məhbusun əfvini alqışlayır - Bəyanat
Tarix: 20-03-2019 18:46 | Bölmə: Xəbərlər
ABŞ 400-dən çox məhbusun əfvini alqışlayır

"Amerika Birləşmiş Ştatları 16 mart tarixli əfv sərəncamını və 400-dən çox insanın, o cümlədən siyasi müxalifət, vətəndaş cəmiyyəti və dini qrupların nümayəndəsi hesab edilən 51 siyasi məhbusun azad edilməsini alqışlayır”.

Reyting.az
xəbər verir ki, bu, ABŞ-ın ölkəmizdəki səfirliyinin Azərbaycan Respublikası Prezidentinin sonuncu əfv sərəncamı ilə bağlı bəyanatında bildirilir.

“Biz Azərbaycanı öz vətəndaşlarının əsas azadlıqlarını qorumaq üçün gələn aylarda beynəlxalq öhdəliklərinə uyğun olaraq əlavə müsbət addımlar atmağa təşviq edirik", - deyə bəyantda qeyd olunur.

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}