14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bakıda evdən iki qardaşın meyiti tapılıb
Tarix: 12-04-2019 10:41 | Bölmə: Xəbərlər
Bakıda evdən iki qardaşın meyiti tapılıb

Bakının Xətai rayonu, Babək prospekti 90, mənzil 25 ünvanında iki qardaşın meyiti tapılıb. Ötən gün axşam saat 20.21-də həmin ünvandan təcilli yardıma çağırış daxil olub. Daxil olan çağırış əsasında təcili tibbi yardım briqadası ünvana gedib və orada iki qardaşın - 40 yaşlı Yuri və 44 yaşlı Aleksandr Məhərrəmovların öldüyünü müəyyən ediblər.

Hadisə barədə Xətai rayon Prokurorluğu məlumatlandırılıb.

Reyting.az-ın məlumatına görə, Xətai rayon Prokurorluğundan ONA-ya bildirilib ki, daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub.

Ölən şəxslərin yanında şpris aşkar edilib. Ehtimal olunur ki, adıçəkilən şəxslər yüksək dozada narkotikin təsirindən dünyalarını dəyişiblər.

Hazırda iki qardaşın ölüm səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}