Türkiyədə təkrar seçki keçiriləcək
Tarix: 13-04-2019 00:47 | Bölmə: Xəbərlər
Türkiyədə təkrar seçki keçiriləcək

Türkiyə Ali Seçki Şurası (YSK) Dənizli şəhərinin Honaz qəsəbəsində bələdiyyə seçkilərinin yenidən keçirilməsinə qərar verib. Türkiyə KİV-lərinin məlumatına görə, təkrar seçki iyunun 2-də keçiriləcək.

Qeyd edək ki, 31 martda keçirilmiş seçkinin nəticəsinə əsasən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Yüksəl Kəpənək 9389 səslə qalib gəlmişdi. Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Turqut Dəvəçioğlu isə 9381 səs toplamışdı.

AKP-nin seçkinin nəticəsi ilə bağlı etirazından sonra aparılan təkrar sayımda səs fərqi 3-ə, növbəti sayımda isə 1-ə enmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}