"Qarabağ"-"Sabah", "Zirə"-"Sumqayıt" oyunu başlayır
Tarix: 13-04-2019 09:02 | Bölmə: Xəbərlər
"Qarabağ"-"Sabah", "Zirə"-"Sumqayıt" oyunu başlayır

Bu gün Topaz Premyer Liqada 24-cü tur başlayır.

Reyting.az
-ın məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək.

İlk olaraq “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Hazırda 22 xalla 6-cı pillədə qərarlaşan “Zirə” “Sumqayıt”ı 2, sonuncu yerdəki “Keşlə”ni isə 3 xal qabaqlayır.

Digər matçda “Neftçi” ilə 51 xalla liderliyi bölüşən “Qarabağ” doğma meydanda debütant “Sabah”la qarşılaşacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ilk 3 dövrədə cəmi 1 dəfə rəqibindən üstün olub. Digar duellərdə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Topaz Premyer Liqası

24-cü tur

13 aprel (şənbə)

16:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev

Zirə İdman Kompleksinin stadionu

18:30. “Qarabağ” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov

Tofiq Bəhramov adına Respublika Stadionu

14 aprel (bazar)

15:00. “Keşlə” – “Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Rövşən Rəcəbov

“ASK Arena”

18:00. “Səbail” – “Neftçi”

Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Kamal Umudlu

“Bayıl Arena”.(Qol.az)




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}