“Neftçi” heç-heçə oynadı, “Qarabağ” vahid lider oldu
Tarix: 14-04-2019 19:56 | Bölmə: Xəbərlər
“Neftçi” heç-heçə oynadı, “Qarabağ” vahid lider oldu

Azərbaycan Premyer Liqasinda 24-cü turun növbəti oyununda “Neftçi” “Səbail” ilə qarşılaşıb.

Reyting.az xəbər verir ki, oyunda hesabı 50-ci dəqiqədə “Neftçi”nin oyunçusu Mirabdulla Abbasov açıb. Meydan sahibləri iki toip vurmaqla hesabda irəli çıxıblar.

“Səbail”in heyətində 80-ci dəqiqədə Ədilxan Qarəhmədov, 85-ci dəqiqədə Ağabala Ramazanov fərqləniblər.

“Neftçi” əsas vaxta əlavə edilən dəqiqələrdə (90+6) Mbojun vurduğu qolla hesabı bərabərləşdirməyi bacarıb.

“Neftçi”nin bu heç-heçəsi sayəsində 54 xal toplayan “Qarabağ” turnir cədvəlinin vahid lideri olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}