17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bu nazirliyin səlahiyyətlərindən biri ləğv edildi - Fərman
Tarix: 15-04-2019 17:32 | Bölmə: Xəbərlər
Bu nazirliyin səlahiyyətlərindən biri ləğv edildi

Prezident İlham Əliyevin aprelin 15-də imzaladığı fərmanla “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası”nda etdiyi dəyişiklik öz əksini tapıb.

Reyting.az xəbər verir ki, Maliyyə Nazirliyinin Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının Müşahidə Şurasının və Audit Komitəsinin (Təftiş Komissiyasının) üzvlərinin seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi səlahiyyəti olub.

Dəyişikliyə əsasən, Maliyyə Nazirliyinin Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının Audit Komitəsinin (Təftiş Komissiyasının) üzvlərinin seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi səlahiyyəti ləğv edilib.

Bu dəyişiklik “Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2018-ci il oktyabrın 30-dakı qanunun icrası ilə əlaqədar edilib. Qanuna edilən dəyişikliyə əsasən, Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək Bankın Müşahidə Şurasının səlahiyyətləri sırasına daxil edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}