Müəllimlərin işə qəbulunda dəyişiklik olacaq? - Ekspert
Tarix: 16-04-2019 12:47 | Bölmə: Xəbərlər
Müəllimlərin işə qəbulunda dəyişiklik olacaq?

Bu il müəllimlərin işə qəbulunda daha bir yeniliyin olacağı gözlənilir.

Reyting.az-ın məlumatına görə, bu barədə “Yeni Sabah”a ekspert Elşən Ramizoğlu məlumat verib. Onun sözlərinə görə, bəzi müəllimlər müsahibə mərhələsindən azad olunacaqlar.

“Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər bu il MİQ imtahanı verdikləri zaman müsahibədən azad olunacaqlar. Yəni yeni işə qəbulla MİQ-də iştirak etmiş, həmçinin müəllim işləyənlər arasında müsahibə mərhələsində fərq qoyulacaq”.

Qeyd edək ki, məsələylə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənmək hələlik mümkün olmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}