16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Yol qəzasında 4 nəfər xəsarət alıb - Siyahı
Tarix: 17-04-2019 00:07 | Bölmə: Xəbərlər
Yol qəzasında 4 nəfər xəsarət alıb

Hacıqabul rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobillə "Lada" markalı avtomobil toqquşub. Qəza zamanı Ağcabədi rayon sakinləri - 1975-ci il təvəllüdlü Güləliyeva Nəcibə Muğan qızı, 2004-cü il təvəllüdlü Muradlı Qətibə Baxşeyiş qızı, Gəncə sakini - 1956-cı il təvəllüdlü Mahmudova Sənubər Qədim qızı və Rusiya Federasiyasında qeydiyyatda olan, 1982-ci il təvəllüdlü Qocayev Fariz Tahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra yaralılar Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Yaralıların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}