07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Bakıda 17 marşrutun hərəkət istiqaməti dəyişdirilir - Səbəb
Tarix: 17-04-2019 15:56 | Bölmə: Xəbərlər
Bakıda 17 marşrutun hərəkət istiqaməti dəyişdirilir

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar yollarda hərəkətin məhdudlaşdırıldığı günlərdə müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin ediləcək.

Reyting.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sərnişinlərin rahat və maneəsiz daşınması üçün Bakı şəhər halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Bu marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər aprelin 22-dən etibarən tətbiq ediləcək və tədbir tam başa çatanadək qüvvədə olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}