Keçmiş prezident özünü güllələdi - Səbəb
Tarix: 17-04-2019 18:28 | Bölmə: Xəbərlər
Keçmiş prezident özünü güllələdi

Perunun keçmiş prezidenti Alan Qarsiya həbs edilməsinə cəhd zamanı özünü güllələyib.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, polis rüşvətxorluqla bağlı həbs etmək üçün onun Limadakı evinə gəlib və bu zaman Qarsiya özünü vurub.

O, təcili Kazimiro Ulloa xəstəxanasına çatıdırılıb. Yerli America telekanalının xəbərinə görə, Qarsiya əməliyyat olunub və və hazırda kritik vəziyyətdədir.

Alan Qarsiya 1985-1990 və 2006-2011-ci illərdə Perunun prezidenti olub.

Onun idarəçiliyi inflyasiyanın artması və hərbi qruplaşmaların fəallaşmasına görə uğursuz hesab olunur.

Qarsiya 1992-ci ildə korrupsiya ittihamına görə Kolumbiyaya mühacirət etmək məcburiyyətində qalıb və 2001-ci ilədək orada yaşayıb. Onun üzərindən ittiham götürüləndən sonra Peruya qayıdaraq parlament müxalifətinə rəhbərlik edib.

2006-cı ildə sosial-demokrat Alan Qarsiya sol millətçi Olyanta Umala ilə iştirak etdiyi prezident seçkilərinin ikinci turunda 53 faiz səs toplayaraq qalib gəlib.

Alan Qarsiyaya 2018-ci ilin noyabr ayında Odebrecht şirkətindən rüşvət almaqda şübhəli bilinib və Perudan çıxamasına qadağa qoylub. Həmin il noyabrın 18-də Uruqvayın Limaidəki səfirinin rezidensiyasına girərək sığınacaq istəyib. Dekabrın 3-də Uruqvay Alan Qarsiyaya sığınacaq verməkdən imtina ediəndən sonra, rezidensiyanı tərk edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}