Özünü güllələyən keçmiş prezident öldü
Tarix: 17-04-2019 20:25 | Bölmə: Xəbərlər
Özünü güllələyən keçmiş prezident öldü

Korrupsiya işi üzrə məhkəmənin qərarı ilə saxlanıldığı zaman özünü güllələyən Perunun keçmiş prezidenti Alan Qarsiya Limadakı hospitalda ölüb.

Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, məhkəmə Qarsiyanın 10 gün həbsxanaya salınması haqda qərar çıxarıb.

Prokurorluğun əməkdaşları keçmiş prezidentə Limanın rayonlarından birindəki onun evində order təqdim edəndə özünə atəş açıb.

Perunun daxili işlər naziri Karlos Moran qeyd edib ki, hüquq-mühafizə orqanları Qarsiyanın saxlanılması zamanı qanun çərçivəsində hərəkət ediblər.

O, korrupsiyada ittiham olunan beşinci keçmiş dövlət başçısı idi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}