07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Trampın müşaviri gizlicə Moskvaya gəlib
Tarix: 18-04-2019 11:26 | Bölmə: Xəbərlər
Trampın müşaviri gizlicə Moskvaya gəlib

Donald Trampın xüsusi müşaviri, ABŞ-ın milli təhlükəsizliyi üzrə Rusiya və Avrasiya Şurası məsələləri ilə bağlı direktoru Fiona Hill Aö evin nümayəndə heyətinin tərkibində Moskvaya gəlib.

Reyting.az xarici mediaya istinadən bildirir ki, Hill Rusiya Təhlükəsizlik Şurasının və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb.

Səfərlə bağlı nə Amerika, nə də Rusiya tərəfi açıqlama verməyib.

Məlumata görə, Hill əvvəllər də Moskvaya ABŞ prezidentinin müşaviri statusunda gəlib. Ancaq əvvəlki səfərlərlə də bağlı ictimaiyyətə məlumat verilməyib.

Hill rus dilini bilir və “Putin: Kremldə əməliyyatçı” bioqrafik kitabının müəllifidir. O, dəfələrlə Rusiya hakimiyyətini tənqid etməsi ilə də tanınır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}