07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
Tarix: 18-04-2019 13:53 | Bölmə: Xəbərlər
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.ya hücum edən Tural Qarayev saxlanılıb.

Reyting.az-a "report"a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verilib.

Saxlanılan şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə günahlandırılır.

Tural Qarayevlə bağlı toplanılan materialların Yasamal rayon Məhkəməsinə göndəriləcəyi gözlənilir.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.nın üzləşdiyi hadisə ilə bağlı onun anası Zümrüd Yağmur Daxili İşlər Nazirliyinin“102” xidmətinə müraciət edib.

Sonra müraciət edən şəxs və yeniyetmə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə yönləndirilib: "Anası ilə qızı bölməyə dəvət edilib və onlar məsələ ilə bağlı ərizə yazıblar".

Aprelin 17-də Yasamal rayon ərazisində S.nın küçədə Tural Qarayev adlı şəxslə mübahisə etməsi və təzyiqə məruz qalması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}