Donald Tramp Vladimir Zelenskini təbrik edib
Tarix: 22-04-2019 11:02 | Bölmə: Xəbərlər
Donald Tramp Vladimir Zelenskini təbrik edib

ABŞ prezidenti Donald Tramp Ukraynada keçirilən prezident seçkilərinin qalibi Vladimir Zelenskiyə zəng vurub.

Reyting.az
xarici KİV-lər istinadla xəbər verir ki, telefon danışığının gedişatında Donald Tramp Vladimir Zelenskini Ukraynada keçirilən prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Məlumata görə, danışıq Amerika tərəfinin təşəbbüsü ilə keçirilib. Lakin təfərrüatlar açıqlanmır.

Xatırladaq ki, seçkilərin nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}