17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bakıda 21 cinayətkar qrup zərərsizləşdirilib
Tarix: 22-04-2019 17:59 | Bölmə: Xəbərlər
Bakıda 21 cinayətkar qrup zərərsizləşdirilib

Aprelin 22-də Bakı şəhər Baş Polis İdarəsində 2019-ci ilin ilk 3 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.

Reyting.az-ın xəbərinə görə, bu müddətdə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə 3.050 cinayət qeydə alınıb.

Müşavirədə qeyd olunub ki, onların 89,1 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 10,9 faizi ağır və xüsusilə ağır növlər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 20 faiz, ehtiyatsızlıqdan adam öldürmələr 7 fakt, dövlət və ya bələdiyyə əmlakı oğurluqları 46,3 faiz, cibgirlik 32 faiz, dələduzluqlar 26,3 faiz, quldurluqlar 21,1 faiz, ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin sayı isə 25 faiz azalıb.

Məlumata görə, 7 soyğunçuluq və quldurluq cinayəti törədən 12 nəfərdən ibarət 7 qrup, eləcə də 25 mənzil oğurluğu törədən 29 nəfərdən ibarət 14 cinayətkar qrup ifşa olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}