16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Müəllimlərin işə qəbul üçün müsahibə başlanılıb
Tarix: 22-04-2019 22:30 | Bölmə: Xəbərlər
Müəllimlərin işə qəbul üçün müsahibə başlanılıb

Aprelin 22-də respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb.

Reyting.az
Təhsil Nazirliyinə istinadla xəbər verir ki, bu mərhələdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edir.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən 22-24 aprel 2019-cu il tarixlərində keçirilməsi nəzərdə tutulan müsahibələrdə 1200-dən çox müəllimin iştirakı gözlənilir.

Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}