17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Yayım Şurasına yeni üzvlər seçiblər - Siyahı
Tarix: 23-04-2019 13:37 | Bölmə: Xəbərlər
Yayım Şurasına yeni üzvlər seçiblər
Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının üzvlüyünə namizədliyi irəli sürülən şəxslərin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

İTV-nin Yayım Şurasına Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlının və Azərbaycan Qalaqapı Federasiyasının vitse-prezidenti Orxan Muxtarovun, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayevin, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova və İttifaqın baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürülüb.

Bildirilib ki, bu təşkilatlar tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan 1 nəfər olmaqla, Milli Məclis tərəfindən 6 il müddətinə təsdiq edilməlidir.

Səsvermə nəticəsində İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi Zemfira Qafarova seçiliblər.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}