“Made in Azerbaijan” brendi təbliğ ediləcək - Nazir
Tarix: 19-10-2016 16:59 | Bölmə: Xəbərlər


Xarici ölkələrin ictimai yerlərində və KİV-lərində "Made in Azerbaijan” brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğı planlaşdırılır.

Reyting.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.

Nazir qeyd edib ki, İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı "Duty Free” mağazalarında, Rusiyanın və Fransanın tanınmış mağazalar şəbəkələrində, SOCAR-ın bir sıra ölkələrdəki yanacaqdoldurma məntəqələrindəki mağazalarında, xaricdə fəaliyyət göstərən Azərbaycan evlərində və mərkəzlərində "Made in Azerbaijan” rəflərinin yaradılması nəzərdə tutulur.

"Bundan başqa, Azərbaycanın bir sıra kənd təsərrüfatı və sənaye məhsullarının Avropa İttifaqı, Orta Asiya və Ərəb ölkələrinə ixracı üçün bazar araşdırmaları aparılacaq”.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}