10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Bələdiyyə sədrini öldürənə ömürlük həbs cəzası verildi
Tarix: 20-10-2016 13:21 | Bölmə: Xəbərlər


Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonu Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Reyting.az-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə hökmü ilə Fədail Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən ilin iyulunda Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və onun əri Vahid Əbilhəsənov Fədail Hüseynov tərəfindən amansızlıqla qətlə yetiriliblər. F.Hüseynov bələdiyyə sədrinin sürücüsü olub. O, sədrə torpaq alqı-satqısı ilə məşğul olmaqda vasitəçilik edib. 

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}