17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İki nazirliyi birləşdirmək istəyirlər
Tarix: 21-10-2016 11:28 | Bölmə: Xəbərlər


Azərbaycanda struktur islahatları çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ləğvi nəzərdə tutulur.

Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. Məlumata görə, ləğv ediləcək nazirliklərin bazasında Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin yaradılması layihəsi var: Aqrar sektorun priortitet elan edilməsi və eyni zamanda büdcə xərclərinin optimallaşdırılması iki nazirliyin birləşdirilməsini zəruri edir. Yeni nazirlik daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq.

Məlumatda bildirilir ki, başqa nazirlik və dövlət komitələrinin ləğvi və yenidən təşkili barədə təkliflər də dəyərləndirilir. Güman ki, qərarlar ilin sonuna qədər elan ediləcək.

Reyting.az





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}