Təhsil İdarəsinin rəhbərliyi müəllim və valideynlərlə görüşüb - Fotolar
Tarix: 21-10-2016 14:37 | Bölmə: Xəbərlər


Oktyabrın 21-də Bakı şəhərindəki 1 nömrəli tam orta məktəbdə Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib.

Reyting.az-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətininin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Qəbula gələn vətəndaşlar məktəblərdə şagird sıxlığı ilə əlaqədar əlavə korpusların tikilməsi, dərslik, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}