ANS-in vəzifəli şəxslərinə cinayət işi açılıb
Tarix: 09-01-2017 11:17 | Bölmə: Xəbərlər

 

ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlarla bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. O bildirib ki, ANS TV iləəməkdaşlıq etmiş jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətininin əməkdaşları tərəfindən saxlanılıb və ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılıb.

Araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan cinayət işi üzrə Qənirə Ataşovanın "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulub.

Qənirə Ataşova ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. Eyni zamanda Baş Prokrorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi qarşısında Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırılıb və məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət edilib.(Qafqazinfo)





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}