13:17 / 21-06-2017
Azərbaycansayağı faşizm
"ANS-lə bağlı Baş Prokurorluğa məlumat vermişik” - Mirşahin Ağayev
Tarix: 09-01-2017 12:18 | Bölmə: Xəbər lenti


"ANS-lə bağlı yayılan informasiyalarda yanlışlıq var. Bu barədə Baş Prokurorluğa məlumat vermişik”.

Reyting.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında fəaliyyəti dayandırılan ANS telekanalının vitse-prezidenti Mirşahin Ağayev ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlarla bağlı məsələdən danışarkən deyib. O bildirib ki, bu barədə başqa nəsə deyə bilməz.

"Yaxşı olar ki, Baş Prokurorluqla əlaqə saxlayın. Bu barədə məlumatı onlardan öyrənin. Başqa heç nə deyə bilmərəm”.

Qeyd edək ki, fəaliyyəti dayandırılan ANS-in əməkdaşı Qənirə Ataşova xaricə gedərkən hava limanından geri qaytarılıb.

Vəkil Elçin Sadıqovun yaydığı məlumata görə, ANS TV-də çalışan jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətininin əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılıb.

Araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan cinayət işi üzrə Qənirə Ataşovanın "Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulub.

Xatırladaq ki, Qənirə Ataşova ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib.

Eyni zamanda Baş Prokrorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi qarşısında Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırılıb və məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət edilib.

Baş Prokurorluq bu məsələ ilə bağlı bu gün məlumat yayacağını bəyan edib.




223 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər