17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ötən il Azərbaycanda 460 nəfərdə bədxassəli qan xəstəlikləri aşkarlanıb - Çingiz Əsədov
Tarix: 11-01-2017 12:06 | Bölmə: Xəbərlər

Ötən il Azərbaycanda müayinədən keçən 460 nəfərdə bədxassəli qan xəstəlikləri aşkar olunub. Onların 327 nəfərində kəskin leykoz müəyyən edilib.

Reyting.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov deyib.

Ç.Əsədovun sözlərinə görə, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya vəTransfuziologiya İnstitutuna müraciət edən vətəndaşların sayı ötən il 12 628 nəfər olub.

İlkin müraciətlərin sayına gəlincə, Ç.Əsədov bunun 4 519 nəfər təşkil etdiyini bildirib: "Bu rəqəm 2015-ci ildə 4 306 nəfər olub. Hazırda müəssisədə 27 523 xəstə dispanser qeydiyyatdadır. Bu rəqəm 2015-ci ildə 23 962 təşkil edib”.

O qeyd edib ki, ötən il143 min 694 nəfər nikahqabağı müayinədən keçib: "Onlardan 4 649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis və 109 nəfərdə QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 42 olub”.

 





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}