17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Prokurorluq məktəbdəki seks qalmaqalını araşdırır
Tarix: 12-01-2017 15:50 | Bölmə: Xəbərlər

Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və məktəbin keçmiş laborantı Xatirə Əliyevanın məsələsi Şəmkir Rayon Prokurorluğunda araşdırılır.

Reyting.az xəbər verir ki, bu barədə Ölkə.az-a Şəmkir Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kənan İbrahimov məlumat verib: "Təhsil Nazirliyi, təhsil şöbəsi məsələnin təhsilə aid hissəsini araşdırmaqla məşğuldur, digər iddialarla bağlı məsələ isə rayon prokurorluğunda araşdırılır. Araşdırmalardan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".

Xatırladaq ki, X.Əliyeva məktəb direktorunu ona əxlaqsız təklif etməkdə ittiham etmişdi. Direktor Akif Namazov isə öz növbəsində Əliyeva barəsində qeyri-etik ifadələr səsləndirmiş, onun təhsil ocağının notbukunda seks videolara baxdığını bildirmişdi.

 





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}