17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Təhsil Nazirliyi qalmaqallı məktəb direktoru ilə bağlı qərar verəcək
Tarix: 13-01-2017 12:35 | Bölmə: Xəbərlər


Şəmkir rayonu Aşağı Seyfəli kəndinə yerləşən M.Süleymanov adına tam orta məktəbdəki qalmaqala son qoyulub.

Reyting.az xəbər verir ki, kəndin icra nümayəndəsi Ələddin Əliyev Modern.az-a deyib ki, Təhsil Nazirliyinin nümayəndəsinin araşdırmaları başa çatıb:

"Əvvəllər 14 kompüterə 2 ştat düşürdü. Bu məktəbdə də 7 kompüter var. Ona görə də, direktor laborant Xatirə Əliyevanı işdən azad edib. Onun işləməsi qanunsuz idi. Təhsil Nazirliyi də bu barədə qərarı təsdiqlədi”.

Direktorun işdən uzaqlaşdırılmasına gəlincə, icra nümayəndəsi bildirib ki, direktor elə bir qanunsuzluq etməyib ki, onu işdən uzaqlaşdırsınlar: "İndi onların arasında nə olub-olmayıb, bilmirəm. Mənim Təhsil Nazirliyinin işinə müdaxilə etmək hüququm və gücüm ola bilməz. Hər halda öz tədbirlərini görüblər”.

Şəmkir Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kənan İbrahimov isə araşdırmaların yekunlaşmadığını bildirib: "Nəticə bəlli deyil. Hər şey dəqiqləşəndən sonra ictimaiyyətə məlumat veriləcək”

Qeyd edək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir.

Qeyd edək ki, direktor Modern.az-a açıqlamasında Xatirə Əliyeva barədə ağır ittihamlar irəli sürüb. Eyni zamanda direktora yaraşmayan ifadələr işlədib.

Xatirə Əliyeva da öz növbəsində başqa KİV-lərə açıqlamasında direktor barədə nalayiq ifadələr işlədib.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}