Nazir yeni təyin etdiyi baş direktoru vəzifədən azad edib
Tarix: 16-01-2017 12:54 | Bölmə: Xəbərlər

Vergilər naziri Fazil Məmmədov yanvarın 7-də Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru təyin etdiyi Vüqar İsmayılovu bu gün həmin vəzifədən azad edib. Məlumata görə, Vüqar İsmayılovu vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə əvəzləyib.

Qeyd edək ki, V.İsmayılov əvvəlki vəzifəsinə geri qaytarılıb. O, nazirliyin Daxili təhlükəsizlik departamentinin baş direktoru vəzifəsində çalışacaq(qafqazinfo).

Xatırladaq ki, V.İsmayılov 2016-ci ilin noyabr ayından 2017-ci ilin yanvar ayının 7-nə kimi Daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifəsində çalışıb. Hazırda həmin idarənin adı Daxili Təhlükəsizlik Departamentidir.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}