16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Musiqili Teatrın kollektivi ilə Təbrizdə görüş keçirilib - Fotolar
Tarix: 17-01-2017 17:13 | Bölmə: Xəbərlər

İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunan Azərbaycan Dövlət Musiqili Teatrının Təbriz səfəri uğurla davam edir.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, İran İslam Respublikası Mədəniyyət Nazirliyi Şərqi Azərbaycan Ostanlığının Mədəniyyət İdarəsində Musiqili Teatrın kollektivi və Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri doktor Seyid İbrahim İbrahimi açaraq iki ölkə arasında mədəni əlaqələrin son vaxtlar daha da genişləndiyini, ortaq tarixi, adət-ənənələri, mədəniyyət bağları olan xalqlarımızın bu yaxınlığının gələcək nəsillər üçün faydalı olacağını vurğulayıb. "Aprel ayında İran İslam Respublikasında Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulur. Tehranda, İsfahanda və Ərdəbildə Azərbaycan incəsənət ustalarının iştirakı ilə müxtəlif tədbirlər keçiriləcək. Habelə, müştərək tədbirlər planına həm də elmi konfransların, yubiley tədbirlərinin, seminar və görüşlərin keçirilməsi daxildir”, - deyə doktor S.İ.İbrahimi qeyd edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Musiqili Teatrın direktoru Əliqismət Lalayev çıxış edərək Təbrizdə Azərbaycan tarixinə, mədəniyyətinə göstərilən yüksək diqqət və maraqdan məmnun qaldığını söyləyib, 107 yaşlı Musiqili Teatrın Təbrizə səfərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. "Təbriz teatr mühitində mühüm bir dönüş yaratmış gənc və istedadlı sənət fədaisi Babək Nəhreyn ilə işbirliyi haqqında ilkin razılığa gəlmişik. İnanıram ki, bu qarşılıqlı əlaqələr hər iki tərəf üçün faydalı olacaq”,- deyə Ə.Lalayev bildirib.

Sonda çıxış edən İran İslam Respublikası Mədəniyyət Nazirliyi Şərqi Azərbaycan Ostanlığının Mədəniyyət İdarəsinin müdiri Məhəmməd Məhəmmədgur da ölkələrimiz arasında genişlənən əlaqələrə xüsusi önəm verildiyini qeyd edib. "Dünənlə bu gün arasında körpü olan bu əlaqələrin gələcəkdə də genişlənməsi dövrün, zamanın tələbidir”,- deyə Məhəmməd Məhəmmədgur söyləyib.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}