17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rektor universitetin ləğv olunmasına aydınlıq gətirib
Tarix: 18-01-2017 11:20 | Bölmə: Xəbərlər

"Qafqaz” Universiteti ləğv olunduğunu elan edib. Elan "Vergilər" qəzetinin xüsusi buraxılışında yerləşdirilib.

Elana əsasən, ali təhsil ocağı təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunur.

Kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, akademik Həsən Əliyev 120 ünvanına bildirə bilərlər.(apa)

"Qafqaz” Universitetinin ləğv olunması ilə bağlı "Vergilər" qəzetində dərc olunan məlumata universitetin rektoru Havar Məmmədov aydınlıq gətirib.

Reyting.az-ın məlumatına görə, rektor AzVision.az-a açıqlamasında bildirib ki, təsisçi Azərbaycan Beynəlxalq Təhsil Kompleksi tərəfindən Universitetin fəaliyyəti 9 yanvar tarixindən dayandırılıb.

"Hazırda Universitetdə əvəzetmə komissiyası işləyir. Universitetin adı dəyişdirilməyəcək. Hər halda dövlət universiteti olacaq. Təhsil Nazirliyi tabeliyində olan universitetlərə necə nəzarət edirsə, bu da elə olacaq. Yaxın vaxtlarda dövlət tərəfindən universitetin fəaliyyət sferası ilə bağlı qərar qəbul ediləcək”.

Rektor universitetin yerində qalacağını, tədris prosesinin davam edəcəyini qeyd edib. "Burada müəllimlər işləyir, tələbələr oxuyur. Təhsil prosesi olduğu kimi davam edir”.





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}