Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar başlayacaq – Nazir müavini
Tarix: 20-01-2017 11:51 | Bölmə: Xəbərlər

"Yaxın vaxtlarda Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli sazişin imzalanması üzrə danışıqlar başlayacaq”.

Reyting.az APA-ya istinadla xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O, Azərbaycanın danışıqlar üzrə nümayəndə heyətinin formalaşma prosesinin davam etdiyini bildirib.

Nazir müavini Ümumdünya Ticarət Təşkilatı ilə danışıqların da davam etdiyini və Cenevrədə ilin birinci yarısında növbəti görüşün keçirilə biləcəyini söyləyib.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}