14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Generalın məhkəməsi olub
Tarix: 23-01-2017 15:32 | Bölmə: Xəbərlər

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Baxış iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Prosesdə zərərçəkmiş Zakir Bədəlovun qızı Tamella şahid qismində ifadə verərək baş verənlər haqda evdə danışlarkən eşitdiyini deyib.

Digər şahid Sevinc Rüstəmova isə zərərçəkmiş Neman Kərimovun ona 20 min manat borcu olduğunu deyib.

Prosesdə fasilə elan olunub.(APA)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}