Nazir polislərə arıqlamaq tapşırığı verib
Tarix: 24-01-2017 14:10 | Bölmə: Xəbərlər

Tacikistanda polis əməkdaşlarına artıq çəkilərindən xilas olmaqla bağlı tapşırıq verilib.

Bu barədə daxili işlər naziri Ramazan Raximzoda açıqlama verib:

"Milisionerlər kökəlməyə başlayanda onların iş qabiliyyəti azalır. Əməkdaşlarımızın çəkisi yaş və boy uyğunluğu ilə bağlı beynəlxalq cədvəllə üst-üstə düşməlidir”.

Məlumata görə, tapşırığa əməl edilməsinə nəzarət etmək üçün DİN-in rəhbərliyi altında xüsusi komissiya da yaradılıb.(Qafqazinfo)

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}