17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Nazirlik ayrı-ayrı şəxslərə qarşı 191 akt və 104 protokol tərtib edib – Araşdırma
Tarix: 24-01-2017 14:28 | Bölmə: Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları 2016-cı il ərzində ölkə ərazisində su ehtiyatlarının mühafizəsi üzrə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.

Reyting.az xəbər verir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə su ehtiyatlarının mühafizəsi üzrə 191 akt və 104 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 208 müddətli "məcburi göstəriş” verilib. 104 iş üzrə 91610 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 2 iş üzrə 5206,48 manat məbləğində iddia qaldırılıb, 873 iş üzrə 432697,5 manat məbləğində ödəmə tətbiq edilib.

Hüquq-mühafizə orqanlarına göndərilən 12 işdən 1-nə, icra qruplarına göndərilən 56 işdən 24-nə və məhkəmələrə göndərilən 12 işdən 2-nə baxılaraq müvafiq tədbirlər görülüb. 53 iş isə hazırda icraatdadır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}