17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ermənistanın silahlı qüvvələri növbəti təxribata əl atıb
Tarix: 08-02-2017 12:03 | Bölmə: Xəbərlər

Fevralın 7-də saat 16.55-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub.

Reyting.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib.

Ehtimala görə, erməni silahlı birləşmələri mövqelərimizi iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağda və cəbhənin başqa istiqamətində həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmaq məqsədi güdür. Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət olunur.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}