17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Komitə sədri DTX-nin təcridxanasında monitorinq keçirib
Tarix: 08-02-2017 15:57 | Bölmə: Xəbərlər

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov və komitənin mətbuat katibi Telman Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında monitorinq keçiriblər.

Komitədən Reyting.az-a verilən məlumata görə, bu gün baş tutan monitorinq zamanı Elşad Həmidov DTX-nin təcridxanasında bir çox təqsirləndirilən şəxslərlə görüşüb, onların saxlanma şəraitləri ilə yaxından tanış olub. Təqsirləndirilən şəxslər təcridxanadan şikayət və narazılıqlarının olmadığını bildiriblər.

"Təxridxanada saxlanılan şəxslərə verilən qidaların, yeməklərin keyfiyyəti olduqca yüksəkdir, kameralar televizorlarla təchiz olunub, təqsirləndirilən şəxslər vaxtlı-vaxtında həkimlə, dava-dərmanla təmin olunurlar. Təqsirləndirilən şəxslər onlara yaradılan bu şəraitə görə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə öz təşəkkürlərini bildirdilər”,-deyə Komitədən verilən məlumatda bildirilib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}