07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
İlhamə Quliyevanın mirası bölüşdürülüb - Oğulluğuna pay düşməyib
Tarix: 08-02-2017 17:05 | Bölmə: Xəbərlər


Mərhum müğənni İlhamə Quliyevanın qalmaqallı mirası nə oğulluğu Orxan Nadirova, nə də dövlətə qalıb. Müğənninin varislərinin xalauşaqları və bibiuşaqları olması ilə bağlı qətnamə çıxarılıb.

Bu barədə müğənninin oğulluğa götürdüyü O.Nadirovun hüququnu müdafiə edən vəkil mətbuata açıqlama verib.

O bildirib ki, Səbail Rayon Məhkəməsində şikayətləri təmin olunmayıb: "Övladlığa götürmə faktı var. Biz də şahid ifadələrinə və fotogörüntülərə uyğun olaraq Səbail Rayon Məhkəməsinə müraciət etdik. Amma şikayətimiz təmin olunmadı”.

İlhamə Quliyevanın qanun üzrə vərəsələrinə gəldikdə, vəkil deyib ki, bu kateqoriya beş növə bölünmüşdü: "Xalauşaqları, bibiuşaqları ortaya çıxdı. Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən xalauşaqları və bibiuşaqlarının şikayəti təmin olundu və varis kimi tanındı. Miras da onlara qaldı”.

Məsələ ilə bağlı xalq artistinin oğulluğu hesab edilən O.Nadirovdan münasibət öyrənməyə çalışılsa da, o, Musavat.com-a açıqlamasında bildirib ki, qərarla bağlı münasibətini yalnız fevralın 25-dən sonra bildirəcək.

Mərhum sənətkarın vəkili olmuş Elmira Məmmədova məhkəmə qərarına öz rəyini ildirərkən deyib ki, tezliklə bu məsələ ilə bağlı Orxanla görüşüb söhbətləşəcək: "Lakin həmişə qeyd etmişəm ki, Mülki Məcəllədə məcburi pay var, yəni qanunla Orxana da pay düşür”.

Xatırladaq ki, ötən il vəkil Elmira Məmmədova mətbuata açıqlama verərək mərhum müğənninin mirasını açıqlamışdı. Vəkilin dediyinə görə, sənətkarın 2 milyonluq dəyərində mirası var ki, bura da 4 ev, 50 sot torpaq, 2 avtomobil, qızıl-zinət əşyaları daxildir. Mərhum sənətkarın mirası ilə bağlı dəfələrlə onun yaxınları, o cümlədən, oğulluğu Orxan Nadirov və bacıları, müğənni Əli Mirəliyev arasında qalmaqal yaşanmışdı.

 

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}