16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Umud Mirzəyev: “Lapşin müəyyən dairələrin maraqları çərçivəsində hərəkət edib”
Tarix: 08-02-2017 18:20 | Bölmə: Xəbərlər

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqqer Aleksandr Lapşinin Belarusdan Bakıya ekstradisiya edilməsinə münasibət bildirib.

"Eurasia Diary"-yə açıqlama verən U.Mirzəyev deyib ki, Qarabağ problemi başlayandan bəri bu, Azərbaycanın atdığı ilk real addımlardan, qazandığı böyük uğurlardan biridir.

"Hesab edirəm ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş şəxsin həbsi və ölkəmizə ekstradisiyası dövlətin xarici siyasətinin böyük uğurudur. Separatçı rejimin təbliğatını aparan və Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən Lapşinin Bakıya ekstradisiya edilməsinə dəstək verdikləri üçün mən bir Qarabağlı kimi, Belarus xalqına və prezidentinə öz təşəkkürümü bildirirəm.”

Bəzi beynəlxalq təşkilatlların Lapşinin həbsini media azadlğı ilə bağlamaq cəhdləri haqda danışan U.Mirzəyev, qeyd edib ki, Lapşin müəyyən dairələrin maraqları çərçivəsində hərəkət edib, onların tapşırıqlarını yerinə yetirib: "Ona görə də, Lapşinin həbsi və ekstradisiyası beynəlxalq hüquq normaları çərçivəsində baş verib. O, etdiyi cinayət əməllərinin cəzasını çəkir.”

BAMF sədri deyib ki, bu həm də qanunsuz yolla Dağlıq Qarabağa səfər etmək və birtərəfli mövqe sərgiləyənlər üçün bir xəbərdarlıqdır.

Xatırladaq ki, 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olan və Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən bloqqer Aleksandr Lapşinin haqqında Baş Prokurorluğun Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi açılıb. Göndərilən sorğuya əsasən, Belarusda həbs edilən Lapşin dünən xüsusi reyslə Bakıya gətirilib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}