14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Tanınmış jurnalistin evi qarət olunub
Tarix: 09-02-2017 12:33 | Bölmə: Xəbərlər

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayədə yaşayan tanınmış jurnalist Bahar Rüstəmlinin evi qarət olunub.

Reyting.az xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki yeni yaşayış massivindəki həyət evində baş verib.

Fevralın 8-də saat 15:00 radələrində evə girən nəməlum şəxslər jurnalistə məxsus təxminən 1500-2000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.

Faktla bağlı Daxili İşlər Nazirliyinin "102” xidmətinə məlumat verilib. Araşdırma aparılır.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}