Daxili İşlər Nazirliyi bloqqeri həbs erdirmək istəyir - Məhkəmə
Tarix: 09-02-2017 13:20 | Bölmə: Xəbərlər

Daxili İşlər Nazirliyi bloqqer Mehman Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib.

Bu barədə vəkil Elçin Sadıqov bildirib ki, nazirlik M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib: "Şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır”.(Qafqazinfo)

Vəkilin sözlərinə görə, DİN M.Hüseynovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148 –ci (təhqir) maddələri ilə ittiham olunmasını istəyib.

Məhkəmə hazırlıq iclası fevralın 10-na təyin olunub. Vəkil qeyd edib ki, şikayət ərizəsi onlara verilmədiyi üçün iclasın təxirə salınmasını istəyəcək.

 





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}