Bakı Ağır Cinayətlər Məhkəməsində monitorinq keçirilib
Tarix: 09-02-2017 16:55 | Bölmə: Xəbərlər

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov və komitənin mətbuat katibi Telman Mirzəyev bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Komitədən Reyting.az-a verilən məlumata görə, saxlanılma yeri təmiz və səliqəli olub: "Su təchizatı var, dərmanlar və tibb ləvazimatlarla təchiz olunub, hər hansı iy-qoxu yoxdur. Müvəqqəti saxlanılma yerində ümumi 31 nəfər təqsirləndirilən şəxs var idi ki, onların da 28-i kişi, 3-ü qadın idi”.

Bildirilib ki, Elşad Həmidov təqsirləndirilən şəxslərin əksəriyyəti ilə görüşüb, onların şəraitləri ilə yaxından maraqlanıb. Təqsirləndirilən şəxslər saxlandıqları yerdən şikayət və narazlıqlarının olmadığını bildiriblər.

 





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}