16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Turan” TV-dəki çıxışı məcburi köçkünün həbsinə səbəb olub Prezidentə müraciət edilib
Tarix: 15-02-2017 15:32 | Bölmə: Xəbərlər

Ağdam rayonundan məcburi köçkün olan, hazırda İsmayıllı rayonunda məcburi köçkünlər üçün salınmış Qarabağ qəsəbəsində yaşayan Səhrad Əliyev həbs olunub.

Məlumata görə, onun, ötən həftə "Turan” TV-nin "Azərbaycan saatı” proqramında çıxışı yayıldıqdan sonra rayon polisinə çağrılıb.

Reyting.az-a verilən məlumatda qeyd edilir ki, o, 13 fevral 2017-ci il tarixində yenidən İsmayıllı polisinə çağrılıb və bundan sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Yerli fəallar və yaxınları dəfələrlə Səhrad Əliyevin mobil telefonuna zəng etsələr də, ona zəng çatmayıb. Sonradan onun ictimai yerdə ünvansız söyüş söydüyünə, polisə tabe olmadığına görə 30 sutka müddətinə həbs olunduğu haqqında məlumat əldə edilib.

Qeyd edilir ki, S.Əliyev dəfələrlə sosial vəziyyətinin ağırlığı ilə bağlı rəsmi qurumlara və vəzifəli şəxslərə müraciətlər edib. Ancaq bu günə kimi tələblərini dinləyən olmayıb. "Turan” TV-nin "Azərbaycan saatı” proqramında çıxışında da vətəndaş kimi sosial hüquqlarının təminatını istəyib.

S.Əliyevin həbsinin Ağdam rayonunda da narazılığa səbəb olduğu bildirilir. Ağdam rayonundan saytımıza daxil olan məlumata görə, Səhrad Əliyevin həbsi ilə bağlı dövlət başçısına müraciət hazırlanıb. Müraciət müəllifləri dövlət başçısından məmurların məcburi köçkünlərə qarşı qanunsuz və kobud davranışına son qoymağı, Səhrad Əliyevin həbsdən azad olunmasını xahiş edirlər.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}