Dəhşətli avtobus qəzasında soydaşlarımız da həlak olub
Tarix: 20-02-2017 14:26 | Bölmə: Xəbərlər

İğdırda dəətli yol qəzası baş verib.

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə İğdırdan Naxçıvana gedən yolda qeydə alınıb.

İki sərnişin avtobusu toqquşub. 7 nəfərin öldüyü, 28 nəfərin yaralandığı bildirlir. Hadisə yerinə çox sayda ambulans və xilasedici cəlb edilib.

Nəqliyyat vasitələrində sıxışıb qalan insanların olduğu qeyd edilir

İğdır Dövlət Xəstəxanasından APA TV-yə verilən məlumata görə, ölən və yaralananlar arasında 6 Azərbaycan vətəndaşı var. Onlardan ikisi sürücülər, 4 nəfəri isə sərnişindir. Ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Reyting.az-ın xəbərinə görə, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya deyib ki, İqdır-Naxçıvan yolunda baş verən qəzada yaralananlar arasında 26 Azərbaycan vətəndaşı var.

O, qəzada ümumilikdə 8 nəfərin öldüyünü bildirib:

"Onlardan neçəsinin Azərbaycan vətəndaşı olması Türkiyənin müvafiq orqanları ilə dəqiqləşdirilir. Hazırda Azərbaycanın Qarsdakı baş konsulu və konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər. Baş konsul da xəstəxanadadır”.

 





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}