16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Xocalı soyqırımının tanıdılmasına jurnalistləri də cəlb etməliyik”
Tarix: 23-02-2017 13:37 | Bölmə: Xəbərlər

 

"Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində demək olmaz ki, lazımi nəticə əldə etməmişik. Lakin daha çox nəticə əldə etməyimiz üçün bu işlərə Azərbaycan jurnalistikasını da cəlb etməliyik”.

Reyting.azxəbər verir ki, bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, müstəqillik əldə etdiyimizdən sonra Ulu Öndər tərəfindən yaradılan fundamental dövlət strukturları hazırda ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə kifayət qədər işlər görür: "1988-ci illərin sonu 1990-cı illərə baxsaq görərik ki, həmin dövrlərdə beynəlxalq mediada Azərbaycanla bağlı bir dənə də olsa məlumat getməyib. Amma bu gün dünyanın əksər media qurumlarında demək olar ki, hər gün Azərbaycanla bağlı məlumatlar yayımlanır, informasiyalar gedir. İnternet resurslarının artması bu istiqamətdə aparılan işləri daha da genişləndirib”.

U.Rəhimoğlu qeyd edib ki, bu gün dünya mediasında təkcə Xocalı deyil, həm Qaradağlı, həm Cəmilli, həm də Qarakənd üzərindən vurulan hərbi helikopterlə bağlı informasiyalar yayımlanmaqdadır: "Amma bununla kifayətlənə bilmərik. Çünki, görəcəyimiz işlər daha çoxdur. Bu işlərə Azərbaycan jurnalistikasını da cəlb etməliyik. Bizim jurnalistlər bu işlərdə fəal olsalar, beynəlxalq jurnalistlərin də bu məsələləri işıqlandırmağa marağı artacaq”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}