ATV ilə ARİ sərgi keçirir - Foto
Tarix: 23-02-2017 18:52 | Bölmə: Xəbərlər

"Azad Azərbaycan” Teleradio Şirkəti və "Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyi ermənilər tərəfindən törədilən Xocalı qətliamının 25 illiyi ilə əlaqədar "Vətənpərvərlik mövzusunu özündə əks etdirən sosial reklam plakatları” sərgisinə strat verib. "Azad Azərbaycan” Teleradio Şirkətinin sərgi qalereyasında 50 plakat nümayiş etdirilir.

Reyting.az-a verilən məlumata görə, hazırda sərgilənən bu plakatlar "Azərbaycan Reklamçılar İttifaqı” (ARİ) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ildə ayırdığı maliyyə yardımına uyğun olaraq hazırlanıb. Layihə "Vətənpərvərlik mövzusunu özündə əks etdirən sosial reklamların və reklam konstruksiyalarının dizaynının hazırlanması, yerləşdiriləcəyi yerlərin müəyyənləşdirilməsi” adlanırdı.

Layihə çərcivəsində vətənpərvərlik hissinin artırılması ilə bağlı təbliğat xarakterli sosial reklam lövhələrinin konseptual layihəsinin, tematik mövzuya aid dizayn, sloqan vəs. hazırlanması üçün müsabiqə keçirildi və qaliblər müsabiqə yolu ilə müəyyənləşdirildi.

Qalib elan edilən işlərin paytaxtda və respublikanın bütün regionlarında reklam daşıyıcılarının üzərində yerləşdirilməsi nəzərdə tutulurdu. Layihə çərçivəsində Bakı şəhərində 3, regionlarda isə 5 reklam lövhəsi üzərində plakatlar yerləşdirildi. Hazırda Reklamçılar İttifaqı bu plakatların bütün regionu əhatə etməsi təşəbbüsü ilə çıxış edib. Təşəbbüs müəllifləri bu tip reklamların paytaxtda - əsasən, hərbi hissələrin, ali və ümumtəhsil müəssisələrinin yaxınlığında, dəmir yolu, avtovağzal, hava limanı ərazilərində, mərkəzi küçələrdə, eyni zamanda, respublikamızın bütün regionlarına aparan magistral yolların üzərində, şəhər və rayon mərkəzlərində yerləşdirilməsinin vacibliyini diqqətə çəkiblər.

Layihə çərçivəsində 100-dən artıq plakat təqdim edilsə də, onlardan yalnız 68-i müsabiqə-sərgiyə çıxarıldı. Müsabiqədə 20 rəssam iştirak etdi.

Ən təsirli məqamlardan biri odur ki, bu müsabiqəyə təqdim edilən əsərlərdən əksəriyyəti Xocalı qətliamını özündə əks etdirirdi. I yerə də məhz bu əsərlərdən biri layiq görüldü.

Sərgi-müsabiqənin yekun nəticəsi olaraq isə "Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyi tərəfindən xüsusi Fəxri Fərmanla təltif edildi.

ARİ-dən bildiriblər ki, bu gün "ATV Qalereya”da sərgilənən bu plakatların respublikamızı əhatə etmək istəyində məqsədimiz torpaqlarımızın düşmən tapdağından azad olması yolunda əhali arasında vətənpərvərlik hissinin yüksəldilməsi, respublikamızın haqlı mövqeyinin təbliğidir. Bu layihə konkret olaraq hansısa bir əhali qrupuna deyil, bütün ölkə vətəndaşlarına ünvanlanıb.

ATV ilə ARİ sərgi keçirir




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}