16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Şəhidlərimiz Türkiyədə də anılıb - Tədbir
Tarix: 26-02-2017 15:41 | Bölmə: Xəbərlər


Türkiyənin Dənizli şəhərində ötən ay açılan Azərbaycan Qarabağ parkında Xocalı şəhidlərinin xatirəsi yad edilib.

Mərasimdə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi, Dənizli valisi Əhməd Altıparmak, Dənizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan, millət vəkilləri, tələbələr iştirak ediblər.

N.Zeybəkçi Xocalı soyqırımı qurbanları başda olmaqla, bütün şəhidlərə rəhmət diləyib: "Bu torpaqları, istər Anadolu, istərsə də Azərbaycanı, Naxçıvanı qarış-qarış qanımızla suvarmışıq. Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Biz bir millət, iki dövlətik. Hər kəs bilsin ki, bundan sonra kim Azərbaycana düşmən münasibət bəsləyərsə, Türkiyə səssiz qalmayacaq. Heç kim bunu unutmasın”.

N.Zeybəkçi beynəlxalq ictimaiyyəti ikili standartlardan çıxış etməməyə çağırıb.(APA)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}